AZ

Alla haqqı – 40 il əvvəl o, azərbaycanlı “vinotdel”ə niyə tüstü üfürmüşdü...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

 

Repressiya dövrünün fəal şairi Məmməd Rahimin belə bir məşhur misrası mövcuddur: “Hər aşiqin dövranı var”.

Əslində bu misranı şairin “Bülbül” adlnan şeirinə bəstəkar Ələkbər Tağıyev tərəfindən yazılan mahnı məşhurlaşdırıb. Yoxsa bu saat şeir oxuyan kimdir? Şeir dövranı keçib. İndi Tik-Tok, İnstaqram dövrüdür.

Xüləs, mətləbdən yayınmayaq, söhbət ondan gedir ki, hər aşiqin dövranı olduğu kimi, hər aşığın (müğənninin, manısın) da dövranı var. O ötüb keçəndən sonra nə edəsən, xeyri yoxdur.

Bax, bu günlərdə 75 yaşı tamam olan Alla Puqaçovanın dövranı keçdiyindəndir ki, nə yubileyini dövlət səviyyəsində qeyd edən oldu, nə də yeni albomunu dinləyən var. Üstəlik, promadonnanın əri Maksimi “xarici agent” elan ediblər, hələ özünü də hərim-hərləyirlər ki, şərləsinlər. Yazıq qadını tamam alabayraq ediblər.

Amma vaxt vardı ki, nəinki Rusiya, hətta bütün SSRİ, sosialist düşərgəsi – Şimali Koreyadan tutmuş ta Kubaya qədər bu qadının mahnılarını dinləyirdi, onun hər addımını izləyirdi. Alla sovet-rus musiqisinin kraliçasıydı.

And içərəm ki, 40 il əvvəl kimsə mayor Putinə desə ki, onu sabah Alla Puqaçova ilə tanış edə bilər, adam sevindiyindən gecə yatmazdı. Tək o yox, o dövrdə özündən deyən istənilən kişi Allanın 1 metrliyində durmasından, onunla əl tutuşmasından elə vəcdə gələrdi ki, bəlkə də 40 il danışardı.

O istəsə, bir “da”sıyla 1 milyon kişini eyni gündə arvadından boşatdırardı. O iqtidardaydı, yəni.

O illərdə Alla Puqaçovaya iyaxın düşmək mümkün deyildi, Raymond Paulsla oturub-dururdu. Gerçək bir ulduz idi, göylərdən enmirdi.

Biz tələbə olanda danışırdılar ki, üzümçülük rayonlarından birinin şərab emalı zavodunun “vinotdel”i (yəni şərab emalına və satışına məsul olan şöbənin müdiri) Moskvada o dönəmin lüks otellərindən birinin restoranında oturub yeyib-içərkən görür ki, bir az aralıda Alla Puqaçova başının dəstəsi ilə ziyafətdədir. Həmvətənimizin üstündə restoranı bağladacaq qədər pul olduğundan (o vaxtlar bu vəzifə təxminən indi gömrükdə idarə rəisi olmaq kimi bir şey idi) düşünür ki, pul gücünə bir “dvijeniye” eləsin. Şərabçı qardaş çağırır ofisiantı, cibinə bir çəngə 25-lik basır, deyir, Allagilin masasına bir şampan ver (o zamanlar restoranlarda belə bir dəb də olub), özünə də de ki, o yaraşıqlı azərbaycanlı səninlə yaxından tanış olmaq istəyir. Bir aylıq maaşını bir dəqiqənin içində qazanan ofisiant gedir, şampan şərabını məcməyidə gətirib Alla Puqaçovanın əyləşdiyi masaya qoyur, bəxşişin kim tərəfindən göndərildiyini müğənniyə pıçıldayır və onun oturduğu masanı göstərir. Alla xanım həmin vaxt siqaret çəkirmiş (o vaxtlar qapalı məkanlarda siqaret çəkmək qadağan deyildi), siqaretindən dərin bir qullab alır, başını “vinotdel” qardaşa tərəf döndərir, salam-kəlam etmədən, tüstünü ona tərəf üfürür və başını o yana döndərir. Vəssalam. Tanışlıq prosesi, şampana görə minnətdarlıq jesti bununla da yekunlaşır.

Şərabçı həmvətənimizin də dürüstlüyünün haqqını vermək lazımdır. O gəlib öz rayonunda “dünən Moskvada restoranda Alla ilə tanış oldum, stollarının hesabını verdim, sonra da onu özümlə nömrəyə apardım” deyə basıb-bağlaya da bilərdi. Hərçənd heç kim buna inanmayacaqdı, çünki Alla o dövrlərdə əlçatmaz idi. Amma yenə də adam əhvalatı yaxınlarına olduğu kimi danışıb, deyib, məsələ bir ovurdluq tüstü ilə bitdi.

İndi işə baxın, o boyda xalq artistinin, şöhrəti dünya ilə bir olan sənətçisinin, şedevr mahnılar ifaçısının karyerasının sonu tüstü-dumanla bitir. Onun halal haqqını vermirlər. Bir yubiley törəni nədir ki, onu xanıma qıymırlar. Heç olmasa, rahat buraxsınlar, qulaq dincliyi versinlər. Onu da etmirlər. Bir zamanlar səsini eşidib vəcdə gəldikləri qadını təqib edirlər.

Buna səbəb Alla Puqaçovanın müharibəyə qarşı olması və hakimiyyətin gözündən düşməsidir – bu heç. Amma əsas məsələ odur ki, bu qadının özünün də, mahnılarının da dövranı keçib. 40 il əvvəl o, 35 yaşında cazibədar qadın idi, əla mahnılar oxuyurdu, şöhrətinin zirvəsindəydi. Bu gün ona qalan quruca şöhrətidir, daha ona hər konsertində bir “KamAZ” gül çələngi baışlayan yoxdur. Müasir gənclər hip-hop həvəskarıdırlar, 75 yaşlı qarı nənənin oxuduğu nostalji mahnıları anlamırlar, sevmirlər.

Hazırda 70-75 yaşı olan həmin şərabçı həmvətənimiz sağdırsa, bəlkə yalnız o, Allaya şampan və gül göndərər. Nə qədər olmasa lüks otelin elit restoranında yanıq qalıb. İndi Alla da ona tüstü üfürməz yəqin ki.

P.S. Yeri getməmişkən, deyim ki, bir vaxtlar o, Azərbaycanda xeyli adamın and yeriydi: yalançı adamlar and içərkən “Allah haqqı” əvəzinə, “Alla haqqı” deyir, guya ki, günaha batmırdılar.

Seçilən
252
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
186
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
162
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
154
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
151
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
140
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
132
Azərbaycanda bu məhsul bahalaşdı
130
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
115
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
109
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
102
Həlak olan şəxslər sabah dəfn olunacaq
101
Helikopter qəzası ilə bağlı yeni xəbər
99
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
94
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
81
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
81
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
78
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
76
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
70
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
68
İrandakı helikopter qəzasında diqqətdən yayınan MƏQAMLAR
65