AZ

İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ

İran Prezidenti İbrahim Rəisi və helikopter qəzasında digər həlak olanların dəfn mərasimi mayın 23-də ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək. Hazırda ölkədə 5 günlük matəm elan olunub.


Helikopterin "sərt eniş" etməsinə dair xəbərlər mayın 19-u axşam saatlarında yayılmışdı. Axşam saat 4-dən sonra məlumat verilib. Qəza yeri 18 saatdan sonra müəyyən edilib.


İran Prezidenti İbrahim Rəisidən başqa, helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imamı Seyid Məhəmməd Əl Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Sərdar Seyid Mehdi Musəvi, Prezidentin Mühafizə Birliyinin komandiri və bir sıra mühafizəçilər və ekipaj üzvləri olub.


İranın xəbər agentliyinin məlumatına görə, helikopterin qəzaya uğramasına “uyğun olmayan hava şəraiti" səbəb olub. Məhəmməd Möxbər İranın müvəqqəti prezidenti təyin edilib, İranın dini lideri Ayətullah Xameneyi belə qərar verib. O, bu vəzifəni iki ay icra edəcək. İran Konstitusiyasına görə, 50 gün ərzində prezident seçkiləri keçirilməlidir.


Prezident İbrahim Rəisidən başqa, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digərlərinin ölümü İranı dərindən sarsıdıb. Ölkədə 5 günlük matəm elan olunub və xalq Rəisinin, eyni zamanda Əmir Abdullahiyanın fotolarını əllərinə alıb küçələrə axışıblar. Bir çoxları İranın siyasi gündəliyində ciddi dəyişikliklərin olacağını bildirsə də, bəzi analitiklər baş verən faciəvi hadisənin ölkədə ciddi sarsıntılar yaratmayacağını deyib.


Məsələ ilə bağlı danışan politoloq Qabil Hüseynli Referans.az-a bildirib ki, İranın avtoritar və totalitar bir dövlət olduğu üçün bundan sonra ölkədə ciddi dəyişikliklər olmayacaq:


“Bu kimi hadisələr siyasi tələtümə və siyasi böhranlara səbə olmur. Prezident öldü, indi onun səlahiyyətlərini müavini öz üzərinə götürdü. 50 gün ərzində isə prezident seçkiləri keçirilməlidir. Düzdür, ölkə daxilində müəyyən ajiotaj gözləmək mümkündür. Amma bunun çəkişmələr və ya qruplararası mübarizə şəklində baş verəcəyi və ciddi gərginliyə gətirib çıxaracağını demək olmaz. Dini liderin rəhbərlik etdiyi məsləhət şurası bir neçə şəxsi prezident seçkilərində namizədliyə buraxılacaq. Bununla da etirazlar sakitləşəcək”.


Politoloq qeyd edib ki, hər hansı ciddi mübarizənin və ya mövqe uğrunda əhalinin təbliğat-təşviqat kompaniyası aparacağı gözlənilmir. Onun sözlərinə görə, hazırda İranla ciddi iqtisadi əlaqələr mövcuddur və bu münasibətlər getdikcə dərinləşir: “Mayın 19-da baş tutmuş görüşdə hər iki dövlət başçısı ölkələrarası münasibətlərin necə dərin və sıx olduğunu vurğulamışdı. Hər iki ölkə  münasibətlərin yaxşı olması üçün real addımlar atır. Rəisi İran üçün önəmli şəxsiyyətlərdən biri idi. Hər bir halda qonşu dövlət dərin kədər içindədir”.


Qabil Hüseynli əlavə edib ki, İranın hər nə qədər Azərbaycana qarşı siyasi müstəvidə qərəzli mövqeyi olsa da, iki ölkə bir-birinə qarşı sıx dostluq və əməkdaşlıq yönündə olduqca bağlıdır.


Aqil Qarayev
Referans Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
683
5
referans.az

6Mənbələr