AZ

G7 ölkələrinin xarici işlər nazirləri qərar verdi

G7 ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri Moskva yaxınlığındakı Crocus City Hallda baş verən terror aktında Ukraynanın əli olduğunu etiraf etməkdən imtina ediblər.

 

Oxu24.com  xəbər  verir   ki,  bu barədə RİA Novosti məlumat yayıb.

 

Nazirlərin bəyanatında qeyd olunur ki, G7 dövlətləri Rusiya hakimiyyətinin terror aktına görə Ukrayna tərəfini günahlandırmaq üzrə əsassız cəhdlərini qətiyyətlə rədd edir.

 

Bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bildirmişdi ki, Krasnoqorskdakı Crocus City Hall konsert zalında törədilən terror aktına görə məsuliyyət yalnız İslam Dövləti  qrupunun  üzərinə düşür.

 

Bundan əlavə, MKİ direktoru terror aktını törədənlərin Ukrayna ilə sərhədə doğru getdiklərinə şübhə edib.

 

Bir gün əvvəl Rusiyanın baş prokuroru İqor Krasnov demişdi ki, Krasnoqorskdakı Crocus City Hall-da baş verən terror aktında Kiyevin əlinin izləri ortadadır.

 

Bundan əvvəl “Krokus”da törədilən terror aktının dəqiq xronologiyası açıqlanmışdı.

 

Nigar

 

Seçilən
147
39
Mənbələr
Şərh ()
Bağla