AZ

Alla Puqaçova 75 YAŞINDA: Yubileyini qeyd etmək istəsə də...

Rusiya estradasının əfsanəsi Alla Puqaçovanın 75 yaşı tamam olur.

 

Sfera.az-ın rus mətbuatına istinadən məlumatına görə, Puqaçovanın yubileyini qeyd etmək planları olsa da, bunu təxirə salıb. Ad günü məclisinə 160 qonağın toplanacağı gözlənilsə də, mövcud vəziyyət buna mane olub.

 

Bir gün əvvəl İranın İsrailə pilotsuz təyyarələr və raketlər atması ifaçının planlarını alt-üst edib.

 

Məlum olub ki, bu gün Alla Puqaçova 75 yaşını yaxınları olmadan qeyd edəcək. Xatırladaq ki, Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub.

 

Günay

Seçilən
138
48
Mənbələr
Şərh ()
Bağla