AZ

“Fransa 2024-cü il Oyunlarını qorumaq üçün 2 mindən çox polis yığır” – KİV


Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı asayişin mühafizəsini gücləndirmək üçün Fransaya dünyanın müxtəlif ölkələrindən 2 mindən çox polis və jandarmın gələcəyi gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Bildirilir ki, Fransa polis qüvvələrinin 46 ölkədən 2 185 polis və jandarmı gücləndirəcəyi gözlənilir.
Telekanal qeyd edir ki, əlavə qüvvələr əsasən Aİ ölkələrindən gəlməlidir, lakin Cənubi Koreya, Cənubi Afrika, Hindistan və Avstraliyadan da təhlükəsizlik qüvvələri gözlənilir. Bu günə qədər artıq 800-ə yaxın hüquq-mühafizə orqanının əməkdaşı bu missiya üçün seçilib.
Həmçinin xarici polisin hava limanlarında, qatar vağzallarında və mehmanxanalarda növbətçilik edəcək kinoloqlar qrupunu gücləndirəcəyi də planlaşdırılır.
Daha əvvəl bildirilib ki, Olimpiada zamanı təhlükəsizliyi gücləndirmək üçün xarici hərbçilər də Parisə gələcək və Fransa hərbçilərinin kontingentini gücləndirəcəklər.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası bəyan etmişdi ki, “Crocus”da baş verən terror aktından sonra Avropada təhlükə riskləri artıb.
Seçilən
153
21
Mənbələr
Şərh ()
Bağla