AZ

Olimpiada üçün Fransaya əlavə qüvvələr göndəriləcək

Fransa Müdafiə Nazirliyi bir çox ölkələrin Olimpiya Oyunları zamanı Parisə əlavə qüvvələr göndərəcəyini açıqlayıb.

525.az xəbər verir ki, ötən həftə Rusiyanın paytaxtı Moskvada 143 nəfərin həyatını itirdiyi terror aktı Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Fransada çaxnaşmaya səbəb olub. 

Belə ki, Fransa Müdafiə Nazirliyi bu müddət ərzində bir çox ölkənin Parisə əlavə qüvvələr göndərəcəyini açıqlayıb.

Qeyd edək ki, iyulun 26-da Paris Olimpiadasının açılış mərasimində 45 min jandarm və polis əməkdaşı iştirak edəcək.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Seçilən
158
21
Mənbələr
Şərh ()
Bağla