AZ

Fransa DİN: Olimpiya Oyunlarından əvvəl Parisin mərkəzinə daxil olmaq üçün icazə istəniləcək

Yay Olimpiya Oyunlarının açılış mərasiminə qədər azı 220 min nəfərdən bir həftə ərzində Parisin mərkəzinə girişə icazə verən QR kodu ilə vəsiqə alması tələb olunacaq.

"Report" xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen deyib.

O bildirib ki, tədbir Sena çayına bitişik mərkəzi ərazilərin, eləcə də muzeylərin və qatar stansiyalarının ətrafındakı ərazilərin sakinlərinə və işçilərinə şamil ediləcək: “Mayın 10-dan etibarən 20 minə yaxın şəxs, eləcə də bu antiterror zonasında yerləşən təşkilatların əməkdaşları xüsusi internet saytında qeydiyyatdan keçməlidirlər”.

Qeyd edilib ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Seçilən
195
21
Mənbələr
Şərh ()
Bağla