AZ

Fransa prezidenti: "Ümid edirəm ki, Mbappe Olimpiya Oyunlarında iştirak edəcək"

Fransa prezidenti Emmanuel Makron PSJ-nin hücumçusu Kilian Mbappenin Olimpiya Oyunlarında iştirak etməsini istəyir.

Futbolpress.az “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, prezident stadiondan oyunu izləmə ehtimalından da danışıb:

"Ümid edirəm ki, Kilian Mbappe Olimpiya Oyunlarında milli komandanın heyətində çıxış edəcək. Əgər yarımfinal və finala çıxsaq, oyunlara stadiondan baxacağam".

Mbappenin mövsümün sonunda "Real"a keçəcəyi gözlənilir. Belə olacağı halda klub futbolçunu Olimpiadada iştirakına icazə verməyə bilər. Yəni FIFA-nın komandalar qarşısında belə bir tələbi yoxdur.

Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Seçilən
188
21
Mənbələr
Şərh ()
Bağla