AZ

Fransa prezidenti: “Ümidvaram ki, Mbappe Olimpiadaya qatılacaq”

Fransa prezidenti Emmanuel Makron PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappe haqda ona ünvanlanmış sualı cavablayıb.

Arena.az “Le Parisien” dərgisinə istinadən məlumat verir ki, Makron 2024-cü ildə Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında fransalı ulduzun iştirak edib-etməyəcəyi sualını cavablayıb:

“Ümidvaram ki, o, Olimpiadada oynaya biləcək. Yarımfinala və ya finala çıxsaq, stadiona gələcəyəm. Final iyulun 14-də olacaq!”, deyə Fransa prezidenti bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda, Mbappenin artıq “Real”la müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı və yayda “qaymaqlılar”ın düşərgəsinə keçəcəyi ilə bağlı məlumatlar yayılmışdı. “Kral klubu”nun rəhbərliyinin fransalı hücumçunun Olimpiya futbol turnirində iştirakına, xüsusən də Mbappenin Avropa çempionatında çıxışından sonra, şübhə ilə yanaşdığı bildirilirdi.
2024-cü il Paris Yay Olimpiadasının iyulun 26-dan avqustun 11-dək keçirilməsi planlaşdırılır.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 39 qol vurub, 8 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 299 oyun, 251 qol, 106 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Seçilən
178
13
Mənbələr
Şərh ()
Bağla