AZ

Tayfur Əliyev Avropa çempionatında köhnə çəkisinə qayıdacaq

Bakı. Trend:

Trend Azərbaycan millisininboksçusu Tayfur Əliyevin (63,5 kq) İdman.biz-əmüsahibəsini təqdim edir:

- Bakıda təşkil olunan “Böyük İpək Yolu”nu qızıl medallabaşa vurdunuz. Döyüşlərinizi necə dəyərləndirərdiniz?

- Belə yarışlar formamızın yüksəlməsinə, təcrübə qazanmağımızaçox böyük töhfə verir. Yarış çox yüksək səviyyədə keçdi.Rəqiblərimizin hər biri güclü idi. Dünyada Qazaxıstan, Özbəkistanvə Rusiya boksçuları seçilirlər. Onlar da turnirdə iştirakedirdilər və görüşlərin çətin keçəcəyini öncədən də bilirdik. Bizdə “Böyük İpək Yolu”na çox yaxşı hazırlaşmışdıq.

İlk rəqibim azərbaycanlı dünya çempionu Cavid Çələbiyev idi.Onunla artıq 3-cü dəfədir ki, qarşılaşırdıq. Əvvəlki görüşlərdəhərəmiz 1 dəfə qalib gəlmişdik. Düşünürəm ki, hər ikimiz üçünrevanş meydanı idi. Qələbə qazanıb. İkinci rəqibim isə olduqcagüclü rus idmançısı İlya Popov idi. Həm sürət, həm texniki baxımdantam formada olan bir boksçudur. Lakin nə qədər güclü olsa da, onunda zəif tərəfləri var.

Mən də bu amillərdən istifadə edərək, qalib gəlməyi bacardım.Finalda özbək boksçu ilə üz-üzə gəldim. Dünyada çox tanınmasa da,güclü, dözümlü bir idmançıdır. Bu turnirdən çempion olaraqayrıldığım üçün sevincləyəm. Doğma vətəndə, doğma azarkeşlərimizqarşısında qalib olmaq mənim üçün fəxrdir.

- Qarşıda Avropa çempionatı və lisenziya turniri gəlir.Artıq 63,5 kq-da özünü tapdığını demək olar?

- Bəli, mən daha öncə 60-da döyüşmüşəm. Amma bu il OlimpiyaOyunlarına görə çəkimi dəyişmək məcburiyyətində qaldım. Hazırdadünya reytinqində bu çəkidə yer alıram. Məşqçilərimlə isə qəraragəldik ki, aprelin 15-də start götürəcək Avropa çempionatında məhz60 kq-da mübarizə aparım. Çünki belə olanda medal şansım dahaçoxdur və bu çəki dərəcəsində daha təcrübəliyəm. Düşünürəm ki, buçempionatda da medal qazanacağam. Tailandda keçiriləcək lisenziyaturnirdə isə yenidən 63,5 kq-a qayıdacağam.

- Bəs çəki dəyişikliyi hansısa döyüşdə özünü büruzəverirmi? Çünki 3,5 kq çəkinin görüşlərdə rolu azdeyil.

- Boksda 1 kq-ın belə çox önəmi var. Elə boksçular var ki, 68kq-dan çəkisini 63,5 kq-a salır. Belədə zərbələri daha ağır, güclüolurlar. Mən isə cəmi 1-1,5 kq çəki salıram. Bu halda təbii ki,rəqib üstün olur. Hazırda hər iki çəkidə döyüşməkdə problem yoxdur.Yarışa uyğun olaraq məşqçilərlə birlikdə bunu nizama salırıq. İndiçəkimi çox qaldıra bilmirəm. Maksimum 65 kq-a qədər artır. Əgər63,5 kq-da özümü daha zərbələrdən qorumağa çalışıramsa, 60 kq-dadaha sürtəli davranıram.

Seçilən
55
50
Mənbələr
Şərh ()
Bağla