AZ

Daha bir boksçumuz Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi adına sahib olub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın heyətində Ömər Aslanlı (kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib. Bununla da millimiz Avropa birinciliyini iki qızıl medalla başa vurub.Mətləb

Seçilən
158
17
Mənbələr
Şərh ()
Bağla