AZ

Avropa çempionatında 2 boksçumuzdan qızıl medal!

Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində Azərbaycanın daha bir boksçusu qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, yığmamızın heyətində Ömər Aslanlı (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.

Bununla da millimiz Avropa birinciliyini 2 qızıl medalla başa vurub. Komandamızın heyətində daha öncə Bilalhəbaşi Nəzərov (48 kq) Avropa çempionu tituluna layiq görülüb.

Seçilən
184
17
Mənbələr
Şərh ()
Bağla