AZ

Avropa Kuboku: Könül Əliyevadan qızıl medal!

Aprelin 13-14-də Polşanın Poznan şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə gənclər arasında Avropa Kuboku keçirilib.

Arena.az xəbər verir ki, turnirdə 21 ölkədən 420 idmançı mübarizə aparıb.

Azərbaycan yarışda 5 çəki dərəsində 9 cüdoçu ilə təmsil olunub. Cüdoçulara qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılov rəhbərlik edib.

Yığmamızın Avropa Kuboku üçün açıqlanmış heyəti:

48 kq. Fəridə Mirzəyeva, Könül Əliyeva;
52 kq. Xədicə Qədəşova, Nuray Quliyeva;
57 kq. Gülnarə Bayramova, Fidan Qasımova;
63 kq. Leyla Atayeva;
70 kq. Pərvanə Abdullayeva;
+78 kq. Nigar Süleymanova.

Turnirin ilk günündə 3 çəki dərəcəsində 3 cüdoçumuz tatamiyə çıxıb. Leyla Atayeva (63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78) medallar uğrunda mübarizə aparsalar da, istəklərinə çata bilməyiblər.

Ötən gün digər 3 çəki dərəcəsində daha 6 cüdoçumuz tatamiyə çıxıb. Fəridə Mirzəyeva və Könül Əliyeva 48 kq-da, Xədicə Qədəşova və Nuray Quliyeva 52 kq-da, Gülnarə Bayramova və Fidan Qasımova isə 57 kq-da güclərini sınayıblar.

48 kq çəkidə final görüşündə iki Azərbaycan cüdoçusu – Fəridə Mirzəyeva və Könül Əliyeva üz-üzə gəlib. Yekunda Könül Əliyeva qızıl, Fəridə Mirzəyeva isə gümüş medala sahib çıxıblar.

Xədicə Qədəşova və Nigar Süleymanova bu yarışda 5-ci yeri tutublar. Fidan Qasımova isə 7-ci yerlə kifayətlənib.

Beləliklə, Avropa Kubokunda Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal əldə ediblər. Yığma komandamız medal əyarına görə ümumi hesabda 7-ci, qızlar arasında isə 3-cü yeri tutub.

Seçilən
145
50
Mənbələr
Şərh ()
Bağla