AZ

Daha bir boksçumuz Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi adına sahib olub.
Azərbaycan Boks Federasiyasından hafta.az-a verilən məlumata görə, yığmamızın heyətində Ömər Aslanlı (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.
Bununla da millimiz Avropa birinciliyini iki qızıl medalla başa vurub.

Seçilən
166
17
Mənbələr
Şərh ()
Bağla