AZ

Norris mövsümdə 2-ci qələbəsini qazandı

Həftəsonu keçirilən Niderland “Qran-pri”si bu ölkədən olan Maks Ferstappenin yox, “Maklaren”in pilotu Lando Norrisin qələbəsi ilə bitdi.

24 yaşlı britaniyalı həm cari mövsümdə, həm də “Formula-1” karyerasında 2-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Norris elə 1-ci dövrədə liderliyi əldən versə də, 18-ci dövrədə önə çıxdı və Ferstappeni 22,896 saniyə arxada qoya bildi. 3-cü yeri isə “Ferrari”nin pilotu Şarl Lekler tutdu.

“Red Bull”un 26 yaşlı pilotu Ferstappen hələ ki şəxsi hesabda liderliyi qoruyur. Norris ikinci, Lekler üçüncüdü.Həm təsnifat mərhələsində, həm də əsas yürüşdə hamını qabaqlayan Norrisin fikirləri:

“Möhtəşəm hisslər yaşayıram. Birinci dövrədə liderliyi əldən verdiyimə görə bu yarışın mənim üçün ideal keçdiyini deyə bilmərəm. Temp yüksək idi, maşınım qeyri-adi şəkildə çalışdı. Hücum edib Maksı arxada qoya bildim. Ümumilikdə yarış mənim üçün o qədər də çətin keçmədi”.

Təsnifat mərhələsi
1. Lando Norris (B.Britaniya) 1.09,673
2. Maks Ferstappen (Niderland) 1.10,029
3. Oskar Piastri (Avstraliya) 1.10,172
4. Corc Rassell (B.Britaniya) 1.10,244
5. Serxio Peres (Meksika) 1.10,416
6. Şarl Lekler (Monako) 1.10,582
7. Fernando Alonso (İspaniya) 1.10,633
8. Lens Stroll (Kanada) 1.10,857
9. Pyer Qasli (Fransa) 1.10,977
10. Karlos Sayns (İspaniya) 1.10,914
11. Lüis Hemilton (B.Britaniya) 1.10,948
12. Yuki Sunoda (Yaponiya) 1.10,955
13. Niko Hülkenberq (Almaniya) 1.11,215
14. Kevin Maqnussen (Danimarka) 1.11,295
15. Daniel Rikkyardo (Avstraliya) 1.11,943
16. Esteban Okon (Fransa) 1.11,995
17. Valtteri Bottas (Finlandiya) 1.12,168
18. Quanyuy Çjou (Çin) 1.13,261

Aleksandr Albon (Tayland) texniki reqlamenti pozduğuna görə təsnifat mərhələsindəki nəticəsi nəzərə alınmayıb. Loqan Sarcent (ABŞ) cümə məşqində qəza etdiyinə görə şənbə günü təsnifat mərhələsinə qatıla bilməyib.

Həlledici mərhələ
306,587 km (4259 metrlik 72 dövrə)
1. Lando Norris Maklaren 1:30.45,519
2. Maks Ferstappen Red Bull +22,896
3. Şarl Lekler Ferrari +25,439
4. Oskar Piastri Maklaren +27,337
5. Karlos Sayns Ferrari +32,137
6. Serxio Peres Red Bull +39,542
7. Corc Rassell Mersedes +44,617
8. Lüis Hemilton Mersedes +49,599
9. Pyer Qasli Alpin 1 dövrə
10. Fernando Alonso Aston Martin 1 dövrə
11. Niko Hülkenberq Haas 1 dövrə
12. Daniel Rikkyardo RB 1 dövrə
13. Lens Stroll Aston Martin 1 dövrə
14. Aleksandr Albon Uilyams 1 dövrə
15. Esteban Okon Alpin 1 dövrə
16. Loqan Sarcent Uilyams 1 dövrə
17. Yuki Sunoda RB 1 dövrə
18. Kevin Maqnussen Haas 1 dövrə
19. Valtteri Bottas 2 dövrə
20. Quanyuy Çjou Zauber 2 dövrə

Şəxsi birincilik
1. Maks Ferstappen 295 xal
2. Lando Norris 225
3. Şarl Lekler 192
4. Oskar Piastri 179
5. Karlos Sayns 172
6. Lüis Hemilton 154
7. Serxio Peres 139
8. Corc Rassell 122
9. Fernando Alonso 50
10. Lens Stroll 24
11. Niko Hülkenberq 22
12. Yuki Sunoda 22
13. Daniel Rikkyardo 12
14. Pyer Qasli 8
15. Oliver Berman 6
16. Kevin Maqnussen 5
17. Esteban Okon 5
18. Aleksandr Albon 4

Mühəndislər kuboku
1. Red Bull 434 xal
2. Maklaren 404
2. Ferrari 370
4. Mersedes 276
5. Aston Martin 74
6. RB 34
7. Haas 27
8. Alpin 13
9. Uilyams 4
Seçilən
77
1
football-plus.az

10Mənbələr