AZ

Naxçıvanın Təhsil Nazirliyinin YENİ HOQQABAZLIĞI... - BU NƏDİ BELƏ?!

Naxçıvanın Təhsil Nazirliyi uşaq bağçalarındakı məktəbəqədər hazırlıq kurslarını ləğv edib.

Hurriyyet.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a məlumat verən valideyinlər deyirlər ki, nazirliyin məqsədi uşaqları pullu hazırlıq kurslarına yönləndirməkdir. Həmin özəl hazırlıq kursları isə, bəzi nazirlik əməkdaşı və digər məmurların himayəsi altında fəaliyyət göstərirlər.

Şikayətçilər bildirirlər ki, Naxçıvanda əksər ailələrin maddi vəziyyəti qənaətbəxş olmadığından, uşaqlarını pullu hazırlıq kurslarına göndərə bilməyəcəklər. Bu da məktəbdə onların digər uşaqlardan geri qalmasına səbəb olacaq.

Valideynlərdən Reyhan Cabbarova deyir ki, qrupların ləğv olunması işləyən valideynlər üçün əlavə problemə çevrilib:

“Biz səhər 9-dan axsam 18.00-a kimi işləyirik. Qruplar olanda bilirdik ki, bağçadan sonra uşaqlara baxan olacaq. Bundan əlavə, arxayin idik ki, proqram əsasında oyrənməli olduqlarını oyrənir, yeməyini yeyir, vaxtinda yatir, məntiqi inkisaf etdirən oyunlar oynayirlar. Bu da onların gələcək məktəb həyatı üçün çox vacibdir. İndi bizik öhdəmizə iki iş düşür. Həm bağçadan sonra uşaqların qayğısına qalan birini tapmaq, həm də onları məktəbə hazırlamaq. Yaxud da, pul verib, uşaqları bağçadan sonra hazırlığa göndərmək. Elə, nazirlik də qrupları o məqsədlə ləğv edib ki, məcbur qalıb, uşaqları pullu hazırlığa göndərək. Maaşımız nə özəl dayə tutmağa, nə də hazırlıq kurslarına yetir. 300-400 manata işləyirik. İşləyən anaları heç kim düşünmür. Heç bir əsas gətirmədən qrupları ləğv ediblər. Ancaq, ciblərini düşünürlər”.

Hər gün işə gedən digər valideyin Gülər Qasımova da bağçalarda məktəbəqədər qrupların ləğv edilməsindən şikayət edir.

“İndi biz isləyen analari düşünən yoxdur. Biz işdən çıxana kimi uşaq kimin himayəsində qalacaq? Hərkəsin anasi, qaynanasi yaninda deyil ki, uşaqlara baxsın. Lap yanimizda olsa belə, kimsə bizim usaga baxmaga məcbur deyil. Baxanlar da ancaq yeməyinə baxa, nəzarət edə bilər. Axı, uşaqlar məktəbə gedənə qədər proqramla hazırlanmalıdır. Nitqi, məntiqi inkişaf etdirilməlidir. Aldigimiz əmək haqqi nədir ki, hələ 300-400 manat da verib, ozəl dayə tutaq. Nə edəcəyimizi bilmirik. Səsimizə səs verən yoxdur”.

Valideynlər aidiyyəti qurumlara müraciət edərək, məslənin həll olunmasını istəyirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
hurriyyet.az

10Mənbələr