AZ

Təhsildə yeni təhlükə:"Farsca Yetərlilik" layihəsinin memarı geri dönür

Rizvan Həkimipur, "Farsca Yetərlilik" adlı mübahisəli layihənin memarı kimi tanınır. Bu layihə, əsasən Türkçə olmaqla, İranda müxtəlif ana dillərə sahib uşaqları hədəf alaraq onları təhsil prosesində dezavantajlı duruma saldı. Fars olmayan uşaqları sanki əngəlli kimi qəbul edən bu yanaşma uzun müddət etirazlara səbəb olmuşdu.

Rizvan Həkimipur, Farsca Yetərlilik Sınavının tətbiqini müdafiə edərək, ana dili Farsca olmayan uşaqların dərsə başlamadan əvvəl Farscanı bilməli olduqlarını vurğulayır. Bu şərti yerinə yetirməyən uşaqların isə özəl məktəblərə göndərilməsini təklif edir. Həkimipurun bu tətbiqatları ilə Fars dilli olmayan uşaqlar, xüsusilə Türk uşaqları, Farsca kifayətlilik tələbləri üzündən təhsilin ilk mərhələlərində böyük çətinliklərlə qarşılaşdı. İndi isə bu mübahisəli şəxs, İran Təhsil Nazirliyinin İbtidai Təhsildən Məsul Müavini vəzifəsinə təyin edildi.

Bu təyinat, təhsildə dil və kimlik hüquqları baxımından yeni bir təhlükə kimi görülür. Həkimipurun bu vəzifəyə gətirilməsi, Farscanın üstünlüyünü və məcburiliyini daha da gücləndirməyə yönəlmiş bir addım kimi dəyərləndirilir.

Bu vəziyyət, xüsusilə Güney Azərbaycan kimi Türklərin çox yaşadığı bölgələrdəki valideynlər və müəllimlər tərəfindən yaxından izlənir. Təhsil sisteminin daha da basqıcı hala gəlməsi, fərqli ana dillərə sahib şagirdlərin daha çox təhsildın uzaqlaşdırmasına və təhsil həyatlarında böyük çətinliklərlə qarşılaşmalarına yol aça bilər.

 Həkimipurun təyinatı ilə birlikdə, İrandakı Türk uşaqları və digər etnik qruplar üçün çətin bir dövrün yaxınlaşdığı narahatlığı yaşanır.

Qəzetəçi, araşdrımaçı Məsud Haray

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
visiontv.az

10Mənbələr