AZ

Kursk AES yaxınlığında hərbi əməliyyatlarla bağlı vəziyyəti açıqladı

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Rusiyanın Kursk Atom Elektrik Stansiyası yaxınlığında gedən döyüşlərin nüvə təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, Qrossi gələn həftə Kursk AES-ə səfər edəcək.

Onun ərazidə nüvə təhlükəsizliyi vəziyyətini qiymətləndirmək üçün lazım olan növbəti addımları müzakirə edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
9
qafqazinfo.az

10Mənbələr