AZ

Rusiya və Ukrayna arasında müharibə bu tarixdə bitəcək - AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Qərb müttəfiqləri bunu vacib hesab etdiyinə görə, payıza qədər Rusiya ilə münaqişəyə son qoymağı qarşısına məqsəd qoyub.

 

Sfera.az xəbər verir ki, bunu MDBMİ-nin Avropa hüququ kafedrasının dosenti, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin Lenta.ru-ya müsahibəsində deyib. “Zelenski ictimai rəyi və Qərb liderlərini inandırmağa çalışır ki, Ukraynanın həqiqətən də əsas məqsədi münaqişənin sülh yolu ilə sona çatmasıdır”, - ekspert bildirib.

 

Topornin həmçinin qeyd edib ki, Rusiya ilə uğurlu danışıqlar üçün Ukraynanın bərabər mövqe tutması vacibdir. Bu, Ukraynanın döyüş meydanında Rusiya ilə eyni səviyyədə olmasını və müqayisə olunan hərbi gücə malik olmasını tələb edir. Bununla bağlı Zelenski Qərb ölkələrindən maliyyə və silah şəklində dəstək istəməyə davam edir. “Məhz bunu Kiyev Rusiyanın gec-tez danışıqlar masasına oturacağına zəmanət kimi görür”, - politoloq vurğulayıb.

 

Kiyevə hərbi yardımın müzakirə olunduğu Almaniyada Ramşteyn təmas qrupunun iclasında Zelenski vurğulayıb ki, payıza qədər hərbi əməliyyatların başa çatması beynəlxalq asayişin və təhlükəsizliyin bərpasına da kömək edəcək.

 

Əzizə 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
sfera.az

10Mənbələr