AZ

Rusiya Ukraynanı “silahsız məğlub etmək” variantı üzərində işləyir...

Rusiya son aylar Ukraynanı silahsız məğlub etmək variantı üzərində çalışır.

 

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Məlumatda qeyd olunur ki, artıq üçüncü ildir ki, müharibə yolu ilə Ukraynanı məğlub edə bilməyən Rusiya, öz məqsədinə çatmaq üçün fərqli strategiya sərgiləmək niyyətindədir. Məqsəd yaxınlaşmaqda olan qış ərəfəsində Ukraynanın bütün əsas enerji obyektlərini sıradan çıxarmaq və ölkəni soyuğa təslim etməkdir. Bu səbəblə də yaxın vaxtlarda Rusiya Ukraynanın enerji strukturuna daha sərt və daha kütləvi zərbələr endirməyə cəhd edəcək. Enerji təchizatı ilə yanaşı, su və istilik təchizatının da zərbələrə məruz qalacağı gözlənilir.

 

Qeyd edək ki, Rusiya hazırda Ukraynanın enerji istehsalı gücünün 70%-ni sıradan çıxarıb. Bu səbəbdən də Ukraynanın qarşıdakı qışda ciddi məhrumiyyətlərə məruz qalacağı ehtimal olunur.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
moderator.az

10Mənbələr