AZ

Ermənistandakı AES ölkənin enerji sisteminə qoşuldu – Yenilənib


“Ermənistanın AES-i artıq ölkənin enerji sisteminə qoşulub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan sosial şəbəkə hesabında məlumat yayıb.
“Bağlantı saat 14:05-də həyata keçirilib. Yaxın vaxtlarda Ermənistanın atom elektrik stansiyası tam gücü ilə işləyəcək”, - Arutyunyan qeyd edib.

***10:10
Ermənistan Atom Elektrik Stansiyası (AES) sistemdə baş vermiş qəza nəticəsində enerji sistemindən ayrılıb.
Yeniavaz.com
“News.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan “Facebook” səhifəsində məlumat verib.
Qəza ildırım vurması nəticəsində baş verib və stansiyadakı təhlükəsizlik sistemləri stansiyanın təhlükəsiz dayanma rejiminə keçməsinə səbəb olub.
“Avqustun 30-da, təxminən saat 21:55-də Ermənistan AES elektrik enerjisi sistemindən ayrılıb. Buna səbəb stansiyanın təhlükəsizlik sistemlərinin ildırım vurması olub. Nəticədə, təhlükəsizlik sistemləri stansiyanın təhlükəsiz dayanma rejiminə keçməsinə səbəb olub”, - Arutyunyan bildirib.
Mətbuat katibi həmçinin bildirib ki, elektrik enerjisi bərpa olunub.
Hazırda stansiya əməkdaşları onu yenidən işə salmaq üçün çalışırlar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
yeniavaz.com

10Mənbələr