AZ

Bakı şəhərində ticarət dövriyyəsi 18.74 mlrd. manatı keçib

2024-cü ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.4 faiz artaraq 18 milyard 744.9 milyon manat olub.

Bu barədə Banker.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.9 faiz artaraq 10 milyard 392.9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5.1 faiz artaraq 8 milyard 352.0 milyon manata bərabər olmuşdur.

İstehlak məhsullarının 37.1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48.0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14.9 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
46
banker.az

10Mənbələr