AZ

Çinin iri bankları yuanın artımı fonunda dollar alışını artırıblar

Çinin iri dövlət bankları yuanın bahalaşmasını yavaşlatmaq üçün valyuta bazarında aktiv şəkildə dollar alırlar, Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir.

Qeyd olunur ki, bu, yuanın bir dollar üçün 7.0895 səviyyəsinə yüksələrək səkkiz ayın maksimum göstəricisinə çatması fonunda baş verib.

Çinin dövlət bankları adətən ölkənin valyuta bazarında mərkəzi bankın adından fəaliyyət göstərir, lakin onlar öz adlarından da ticarət edə bilərlər.

“Reuters” keçən həftə Çin səlahiyyətlilərinin daxili maliyyə bazarlarını pozacaq və ixracatçılara zərər verəcək valyuta artımının qarşısını almaq üçün pərdə arxasında çalışdığını yazmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
banker.az

10Mənbələr