AZ

Şərqi Zəngəzura yatırımların həcmi 4 mlrd. manatı ötüb

Şərqi Zəngəzur iqtisadi rayonuna ötən il yatırımların həcmi 4 milyard 11.13 milyon manat olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci ilə nisbətən 80.7 % çoxdur. Belə ki, 2022-ci ildə bu rəqəm 2 milyard 219,4 milyon manat təşkil edib.

 

Şərqi Zəngəzur iqtisadi rayonunda ən çox yatırım Laçın rayonuna aiddir – 1 milyard 550,7 milyon manat. İnvestisiyaların həcminə görə 919,8 milyon manatla Kəlbəcər rayonu siyahıda ikincidir. İnvestisiyaların 671,9 milyon manatı Cəbrayıl rayonunun, 587,8 milyon manatı Zəngilan rayonunun və 280,96 milyon manatı isə Qubadlı rayonunun payına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
46
banker.az

10Mənbələr