AZ

İtaliyada işsizlik səviyyəsi rekord göstəriciyə enib

İyul ayında İtaliyada işsizlik səviyyəsi 6,5 faizə düşüb.

Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bildirilir ki, iyulda ölkədə işsizlik səviyyəsi 0,4 bənd azalaraq 2008-ci ilin martından bəri ən aşağı göstəriciyə enib. Ötən ilin iyulunda bu rəqəm 7,5 faiz təşkil edib. Hesabat ayında gənclərin işsizlik nisbəti isə 20,8 faizə düşüb.

İyulda 56 mindən çox insan işlə təmin olunub. Hazırda ölkədə daimi işləyənlərin sayı 16 milyon, müddətli işçilərin sayı isə 2,7 milyon nəfərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
banker.az

10Mənbələr