AZ

İsrail-HƏMAS danışıqlarının Qahirə raundu nəticəsiz başa çatıb

Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqların Qahirədə baş tutan növbəti raundu nəticə verməsə də, proses davam edəcək.

"Unikal" xəbər verir ki, "The Times of Israel" Amerika rəsmisinə istinadən məlumat dərc edib.

Qəzetin mənbəsinin sözlərinə görə, Qahirədəki danışıqlar “konstruktiv olub, yekun və işlək razılaşmanın əldə edilməsi ruhunda keçirilib və bütün tərəflər bu fikri bölüşüblər”.

"Qalan məsələlərin və təfərrüatların daha da nəzərdən keçirilməsi üçün işçi qruplar çərçivəsində proses yaxın günlərdə davam etdiriləcək", - KİV yazıb. 

 Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
unikal.az

10Mənbələr