AZ

İri mədən şirkətləri dəmir qiymətlərinin düşməsi ilə $100 mlrd. dəyər itirib

“Böyük dördlük” mədən şirkətinin (“BHP”, “Rio Tinto”, “Vale” və “Fortescue”) kapitallaşması dəmir filizi qiymətlərinin düşməsi səbəbindən ilin əvvəlindən ümumilikdə 100 milyard dollar azalıb, bu barədə “Financial Times” yazır.

Qiymətlərin düşməsi isə öz növbəsində dəmirin mühüm alıcılarından biri olan Çinin daşınmaz əmlak sektorundakı böhranla əlaqələndirilir. Çində daşınmaz əmlak tikintisi əvvəlki iki ildə də azalaraq ilin birinci yarısında dörddə bir qədər azalıb.

Bu həftə dünyanın ən böyük polad istehsalçısı olan Çinin “Baowu Steel” şirkətinin rəhbəri Hu Vanmin də sektorun 2008 və 2015-ci illərdəki bazar enişlərindən “daha uzun, sərt və  çətin” olacaq bir böhran içində olduğunu söyləyib.

“SteelHome”un məlumatına görə, Çin limanlarında dəmir filizi ehtiyatları ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 28% artıb. “BHP” və “Vale”nin dəmir filizi hasilatı ilin birinci yarısında rekord səviyyəyə çatıb.

Mütəxəssislərin fikrincə, bununla yanaşı, dəmir filizi hasilatı çox yaxşı strukturlaşdırılmış sənayedir, buna görə şirkətlər təklifi tələbata uyğun olaraq tənzimləyəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
banker.az

10Mənbələr