AZ

"Almaniyada Azərbaycan pasportu ilə yaşayıram" - Əzizə Mustafazadə

“Almaniyanın tarixi şəhəri sayılan Mainzda yaşayıram. Bu şəhər Bakı ilə çox oxşardır. Hətta Mainz Bakı ilə eyni meridianda yerləşir. Hava şəraiti və iqlim demək olar ki, eynidir. Orada hər şey Bakını xatırladır. Məhz buna görə də orada yaşamağa qərar verdim. Mainza 1994-cü ildə köçmüşəm. Amma bunu köçmək kimi hesab etmirəm. Çünki Mainz mənim ikinci şəhərimdir. Mən Azərbaycan vətəndaşıyam və hər zaman da bu belə olacaq. Orada sadəcə yaşayıram ona görə ki, yuxarıdan taleyi ilə əvvəlcədən müəyyən edilib. Alman vətəndaşlığım yoxdur. Bu mənə lazım da deyil. Azərbaycan pasportu ilə Almaniyada “müvəqqəti yaşayış yeri” sənədim, hüququm var”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Əzizə Mustafazadə qonaq olduğu “Danışaq?” yutub layihəsində deyib.

Mərhum əfsanəvi cazmen Vaqif Mustafazadənin qızı Almaniyaya köçməsinin səbəblərindən danışıb:

“Əgər mən Azərbaycanda qalsaydım nə edəcəkdim? Azərbaycan Milli Konservatoriyasında sadəcə dərs deyəcəkdim. Hər 2-3 ildən bir konsert verəcəkdim vəssəlam. Axı başqa nə edəcəkdim? Mədəniyyəti ölkədən kənara çıxarıb, gözəl şəkildə təbliğ etmək lazımdır. Bunu isə rəssamlar və incəsənət nümayəndələri etməlidir. Onlar qastrollara çıxıb öz bildiklərini başqa ölkələrdə nümayiş etdirməlidirlər. Əks halda hamısı vətən çərçivəsində olacaq. Mən bütün bunları Azərbaycanda yaşayaraq fiziki olaraq edə bilməzdim. Siz təsəvvür edin bir şəhərdən digər şəhərə hər dəfə uçmaq... - Frankfurtdan Bakıya uçmaq 5 saatdır. Bu bütün Avropa şəhərlərinə aiddir. Mən heç Amerikanı demirəm. Bunların öhdəsindən fiziki olaraq gələ bilməzdim. Bütün dünyada ən yaxşı caz tamaşaçısı məhz Almaniyadadır. Bu ölkə bir çox caz sənətçilərinə imkanlar yaradıb və bərəkət verib. Mainzı seçib orada yaşamağımın səbəbi bu şəhərə aşiq olmağımdır. Bu şəhər mənə Bakını xatırladır. Mənim orada az sayda, amma çox yaxın dostlarım var. Onların isə həyatımda rolu az deyil. Heç bir şəkildə Amerikaya və ya Kanadaya yaşamağa köçmərəm. Oraya köçməklə bağlı 1990-ci illərdən bəri çox sayda təkliflər almışdım. Çikaqoda konservatoriyada həm təhsil almaq, həm də işləməklə bağlı təkliflər gəlmişdi. Çox gözəl şərtləri vardı. Amma ürəyimə yatmadığı üçün bu təkliflə razılaşmadım”.

Aparıcının “Deyirlər ki, sizi Bakıdan kimlərsə küsdürüb?” sualına sənətçi belə cavab verib:

“Bakıya gec-gec lakin səssiz gəlirdim. Yəni, bu haqda heç kimin xəbəri olmurdu. Kiminsə məni Bakıdan küsdürməsi və incitməsi absurddur. Hansı inciklik ola bilər ki? Bakı və atamla bağlı çox kədərli xatirələr var. Atamın demək olar ki, əsəbdən həyatı olmayıb. Xatirələrimdə isə gecə yarısından sonra təcili tibbi yardım maşınlardır. Nələrin baş verdiyini görürdüm. Biz axı eyni otaqda yaşayırdıq. O otaq isə bizim həm qonaq, həm yataq, həm repetisiya məkanımız idi. Ora Azərbaycanın gözəl sənətkarları gəlirdi. Mənə çox maraqlı idi. Mən bütün repetisiyalarda iştirak edirdim. Baxmayaraq ki, uzun illər keçib, amma mənim bütün xoş olmayan söhbətlər yadımdadır. Davamlı olaraq obrazlı desək “külək dəyirmanları” ilə mübarizə aparırdıq. Atamı yalnız anam - Elza xanım müdafiə edirdi. Onun nisbi rifahı üçün mübarizə apardı və bəzi müsbət emosiyalar yaradırdı. Yeni evimizə köçdükdən sonra atamın “Elza səninlə görüşməsəydim, çoxdan mən yox idim” sözlərini eşidirdim. Anam isə “Vaqif, qurban olum sakitləş, hər şey yaxşı olacaq” cavabını verirdi. Mənim uşaqlığım bax belə keçib”.

Əzizə mərhum Xalq artisti Mirzə Babayevin atası ilə söhbətinin pərdəarxası məqamlarını illər sonra üzə çıxarıb:

“Günlərin bir günü Xalq artisti Mirzə Babayev evimizdə qonaq idi. İllər sonra anam Elza xanım onun atama dediyi sözləri mənə çatdırdı. Mirzə Babayev atamla söhbət edən zamanı deyib ki, Vaqif, sənə yaşamağa imkan vermirlər. Növbəti qızın Əzizə olacaq. Hər şey onun dediyi istiqamətdə gedirdi. 1986-cı ildə məni beynəlxalq pianoçular müsabiqəsinə dəvət etdilər. Bundan sonra hər şey beləcə başladı. Tiflisdən bir musiqiçi menecer vardı. O Amerikada caz klublarda, teatrlarda müxtəlif müsabiqələrin və konsertlərin təşkili ilə məşğul olurdu. Mənə dedi ki, bu adresə üç musiqi kompozisiyanı göndər. O vaxt 17 yaşda idim. Göndərdim və müsbət cavab aldım. Çox çətinliklə Amerikaya qədər gedib çatdım. SSRİ dövründə viza və sairə... Bu möcüzəyə bərabər bir hadisə idi. Sonradan isə artıq Avropaya getdim. Əvvəlcə Kassel, sonra isə Mainzda (Almaniyada şəhərlər) konsertlər verdim. Mainza gələn kimi özümə doğma şəhərdə Bakıdakı kimi hiss etdim və anladım ki, hətta buranın havası belə Bakı ilə eynidir. Çox qədim bir şəhərdir. Orada binaların 700-800 yaşı var.  Mainz balaca şəhərdir. Ümumiyyətlə, böyük şəhərləri qaçhaqaçlı və səsli-küylü yerləri sevmirəm. Səhnədə tornado qopartmaq olar, amma həyatа sakitlik lazımdır”.

Konsert qonorarını açıqlamaqdan boyun qaçıran pianoçu rayderi ilə bağlı bunları dilə gətirib:

“Mən olan yerdə siqaret çəkilməməlidir. Vegeterianam. Hər zaman deyirəm ki, ətrafımda vegeterian olmayan yemək olmasın. Bu qədər”.

Ə.Mustafazadə yaxın zamanda Bakıda konsert proqramları caz sevənlərin qarşısına çıxacağını vurğulayıb:

“19 dekabrda 55 yaşım olacaq və bu münasibətlə Bakıda Heydər Əliyev Sarayında konsert verəcəyəm. Çox maraqlı olacaq. 2025-ci ilin martın 16-sında isə atamın yubileyinə həsr olunan konsert olacaq. Artıq bu konsertlər əvvəlcədən planlaşdırılıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
hit.az

10Mənbələr