AZ

Parlamentin adaş deputatları - 4 "Azər", 3 "Əli" var

Sentyabrın 1-də Milli Məclisə seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) artıq ilkin nəticələri açıqlayıb və seçki dairələri üzrə lider namizədlər məlumdur.

 

Modern.az-ın məlumatına görə, mandat qazanan deputatlar arasında adları eyni olanlara da rast gəlinir.

 

Milli Məclisin yeni deputatları arasında  Azər və Əli adları çoxluq təşkil edir. Belə ki, VII çağırışda 4 nəfərin adı "Azər" (Azər Allahverənov, Azər Badamov, Azər Əmiraslanov və Azər Kərimli), 3 nəfər adı isə "Əli"dir. (Əli Hüseynli, Əli Əhmədov, Əli Məsimli).

 

Həmçinin Tahir, Aydın, Müşfiq, Anar, Elman, Cavanşir, Vüqar və Eldar adlarına sahib 2 deputat var. Qadınlardan isə Səbinə, Sevinc, Günay, Nigar adlarına təkrar rast gəlmək mümkündür.

 

Arifə Kərimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
modern.az

10Mənbələr