AZ

Yeni dövr "Sən olasan, gülüstan..." dövrüdür

"Hörmətli seçicilər!

Azərbaycan Respublikasının Milli Məclisinə 1 sentyabr 2024-cü il tarixə təyin olunmuş növbədənkənar seçkilərə hakim Yeni Azərbaycan Partiyası (YAP) vahid platforma ilə, "Yeni dövrə Yeni Azərbaycanla" şüarı ilə gedir. Müstəqil Azərbaycanın seçki tarixinə nəzər yetirsək, 2020-ci ilədək keçirilən bütün seçkilərdə hakimiyyətə iddialı olan müxalifət təmsilçilərinin və özünü müstəqil hesab edən bitərəflərin əsas şüarı Qarabağla bağlı idi. Hər kəs iddia edirdi ki, hakimiyyətə gələrsə Qarabağ problemini həll edəcəkdir.

Vətən Müharibəsindən və antiterror əməliyyatından sonraya təsadüf edən seçkilərdə biz Qarabağ şüarına rast gəlmirik. Hətta hakim partiyanın təbliğat materiallarında da Qarabağ zəfərindən istifadə olunmur. Bunun çox sadə səbəbi var: Qarabağ problemini həll etmək YAP-ın şüarı deyildi, hakim partiya kimi birbaşa vəzifəsi idi. Nəhayət müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz və YAP-ın lideri cənab İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına Qarabağ problemi həllini tapdı, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bununla müxalifətin Qarabağ problemi ətrafında şou yaratmaq imkanları da tarixə qovuşdu. İndi özünü müxalif və ya bitərəf adlandıran namizədlərin əksəriyyətini tik-tok namizədləri adlandıra bilərik. Onların çoxu artıq özlərini virtual deputat kimi aparırlar.

Reallıq isə, başqadır. Bu gün hakim partiya seçkidə Zəfər şüarlarından istifadə etmir, adi danışıq üslubunda desək, demir ki, biz Qarabağ problemini həll etmişik, bizə səs verin. YAP yeni dövrün başlandığını elan edir və vahid komanda ilə vahid platforma ilə seçkiyə gedir.

Fikrimizcə, yeni dövr Azərbaycanın himnimizdə deyildiyi kimi "Sən olasan, gülüstan..." dövrüdür. Bəli, Vətənimizin sinəsi hərbə meydan oldu, onun ondan ötrü qan tökməyə qadir, can verməyə hazır olan övladlar namusunu hifz etdilər, bayrağını yüksəltdilər. Düşmənin xarabalığa çevirdiyi vətən torpaqları gülüstana çevrilməkdədir. Qələbəmizi, Vətənimizin ərazi bütövlüyünü qoruyub saxlamaq üçün, iqtisadiyyatımız güclənməsi, hüquqi dövlət prinsiplərinin daha dərin kök salması üçün bir olmaq zamanıdır.

Bu seçkilər həm də xalqımızın vəfa borcudur. Yeni dövr üçün vahid komandaya, savadlı kadrlara ehtiyac vardır.

Hər kəs bir həqiqəti dərk etməlidir ki, o, təkcə konkret bir namizədə səs vermir, o, vahid, güclü, nüfuzlu, qətiyyətli komandaya səs verir.

1 sentybr Parlament seçkiləri Zəfər seçkisi adlandırdığımız 7 fevral Prezident seçkilərinin məntiqi davamıdır. Xalqımız 7 fevral seçkilərində Azərbaycan prezidentinə göstərdiyi yüksək etimadı 1 sentyabrda yenidən təkrarlamalıdır. Bir daha qeyd edirəm, siz təkcə konkret namizədə səs vermirsiniz, siz vahid komandaya, yeni dövrə, "sən olasan, Gülüstan"a səs verirsiniz.

Yeni Azərbaycan Partiyasının lideri cənab İlham Əliyevin yeni dövrdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün, Azərbaycanın yüksəlişini istəməyən qüvvələrlə siyasi, hüquqi və digər müstəvilərdə savaşmaq üçün namizədliyi irəli sürülmüş 125 nəfərə etimad göstərilməsi zəruridir. Bu həm də müzəffər Ali Baş Komandana etimaddır.

Seçiciləri dövlətimizin və xalqımızın taleyinə biganə qalmamağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram.


Yeni dövrə Yeni Azərbaycanla!

Sən olasan, Gülüstan,

Sən olacaqsan Gülüstan,

Azərbaycan, Azərbaycan!


Anar Qasımlı

Sumqayıt Regional Vəkil Bürosunun müdiri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
news24.az

10Mənbələr