AZ

Parisdə quldurlar Yeni Zelandiya diplomatını mənzilində bağlayaraq qarət ediblər

Yeni Zelandiya diplomatı Parisin mərkəzindəki evində bağlanaraq döyülüb.

 

Oxu24.com xəbər verir ki, bu barədə  Le Parisien məlumat yayıb.

 

Hadisə ötən gecə Fransa paytaxtının 7-ci rayonunda baş verib. Nəşrin məlumatına görə, quldurlar Yeni Zelandiya səfirliyinin 34 yaşlı əməkdaşının mənzilinə soxulub və sahibini bağlayıb, sonra isə tüfəngin qundağı ilə onun üzünə zərbələr endiriblər.

 

Prokurorluq onun ciddi xəsarət almadığını, lakin xəstəxanaya aparıldığına aydınlıq gətirib. Hücum edənlər diplomatın dəyəri hələ müəyyən edilməyən şəxsi əşyalarını oğurlayaraq saxta nömrəli avtomobillə qaçıblar.

 

Oğruların axtarışına paytaxt polisinin mühüm qüvvələri göndərilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı hələlik heç bir həbs etməyiblər.

 

Bundan əvvəl Parisdə 5 olimpiya iştirakçısı qarət edilmişdi.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
20
oxu24.com

10Mənbələr