AZ

Türkiyə fəal şəkildə yeni Konstitusiya hazırlayır

Yeni konstitusiyanın hazırlanması və qəbulu ilə bağlı danışıqların bir il ərzində başa çatdırılması planlaşdırılır. Onlar sənədi 2025-ci ilin payız sessiyasında parlamentin müzakirəsinə təqdim etmək niyyətindədirlər.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş məlumat verib.

“Bizim planımız bir il ərzində, yəni 2024-cü ilin oktyabrından 2025-ci ilin oktyabrına qədər yeni konstitusiya ilə bağlı danışıqları başa çatdırmaq və yeni qanunvericilik ilində onun qəbulu ilə bağlı işə başlamaqdır”, - deyə o, oktyabrda əlavə edib.

“Hər kəsin fikrini nəzərə alacağıq.  28-ci Parlamentin əsas vəzifələrindən biri müasir, demokratik, əhatəli və hərtərəfli konstitusiya hazırlamaqdır. Mən parlamentimizdə yeni konstitusiya qəbul etmək istəyini görürəm və ümid edirəm ki, bu, reallaşacaq”, - deyə Kurtulmuş bildirib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
20
oxu24.com

10Mənbələr