AZ

Telegram Rusiyada cərimələnib

Moskvanın Taqanski Rayon Məhkəməsi növbəti dəfə Telegram messencerini cərimələyib.

Oxu24.com  xəbər verir ki, cərimə 4 milyon rubl təşkil edib.

İnzibati cəzaya səbəb messencer administrasiyasının Rusiya Federasiyası ərazisində qadağan olunmuş məlumatları silməkdən imtina etməsi olub.

Məhkəmə Telegram messencerini Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsini (sayt sahibinin Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq silinməli olan məlumatları silməməsi) pozmaqda təqsirli bilib. Məhkəmə şirkətə 4 milyon rubl məbləğində inzibati cərimə tətbiq etmək qərarına gəlib.

Telegram-ın Rusiya Federasiyasında qadağan olunmuş məlumatları silməməsi ilk dəfə deyil. 2021-ci ilin fevral ayından sosial şəbəkələrin özünə nəzarəti haqqında qanun qüvvəyə minib ki, ona görə də internet platformaları qadağan olunmuş məzmunu müstəqil müəyyən edib bloklamalıdır. Onlardan həmçinin xüsusi rəy forması vasitəsilə istifadəçilərə mənfi məzmunu bildirmək imkanı təqdim etmələri tələb olunur. Bundan əlavə, hər il sosial şəbəkələrdə bu sahədə görülən işlərlə bağlı hesabat dərc edilməlidir.

Bundan əvvəl ABŞ 13 yaşından kiçik uşaqlar haqqında məlumat topladığı üçün TikTok-a qarşı iddia qaldırmışdı.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
20
oxu24.com

10Mənbələr