AZ

AvtoVAZ yeni avtomobilini TƏQDİM EDƏCƏK

Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ 2024-cü ilin sentyabrında yeni "Lada Aura"nın istehsalına başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Əlixanov məlumat yayıb.

"AvtoVAZ "Largus"u yerli brendlərdən istehsal xəttinə qaytarıb və sentyabrda "Lada Aura" modelinin istehsalına başlayacaq", - Əlixanov bildirib.

"Lada Vesta" bazası əsasında genişləndirilmiş "Aura" sedanı 2023-cü ilin iyununda Soçidə nümayiş etdirilib. Avtomobil 122 at gücünə malik 1,8 mühərriklə və avtomatik transmissiya təchiz edilib. "Aura" yenilənmiş "Vesta" əsasında qurulub və salonda arxa sırada olan sərnişinlər üçün əlavə 25 sm yer var. Sedanın salonu Rusiya istehsalı olan həqiqi dəridən hazırlanıb və birinci dərəcəli audiosistem quraşdırılıb.

"Lada Aura" sedanları Dövlət Dumasının deputatları və məmurları üçün rəsmi avtomobillər kimi hazırlanıb.  

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
20
redaktor.az

10Mənbələr