AZ

"İrəvan - Tariximiz, Torpağımız, Taleyimiz" adlı fotoalbomun təqdimatı keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi Bakı Beynəlxalq Kitab Sərgisi - Baku International Book Fair çərçivəsində bu gün "İrəvan - Tariximiz, Torpağımız, Taleyimiz" adlı fotoalbomun təqdimatı keçirilib.
QHT.az xəbər verir ki, bu barədə Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə məlumat verib. QHT sədri qeyd edib ki, Fotoalbomun işıq üzü görməsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, keyfiyyətli nəşrinə görə Şərq-Qərb Nəşriyyatının rəhbərliyinə və əziyyəti keçən bütün əməkdaşlara, kitabın məsləhətçisi - tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafaya dəstək göstəriblər: “Bu günkü təqdimatda tarix üzrə fəlsəfə doktoru, Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin rəhbəri Cəbi Bəhramova çıxış edib. Təqdimda QHT həmkarları da iştirak edib, hər kəsə dərin təşəkkürümü bildirirəm”.
 
 
 
Pərvanə Fərhadqızı
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
570
48
qht.az

10Mənbələr