AZ

Saxta məlumatlarla NECƏ MÜBARİZƏ APARMALI? - MEDİA EKSPERTİ DANIŞDI

“Saxta xəbərlərlə mübarizə "Media haqqında" qanunla aparılmalıdır. Mətbuat Şurasının qəbul etdiyi jurnalistlərin etik davranış qaydaları da bu qəbildən əhəmiyyətlidir. Təbii ki, hüquq-mühafizə orqanları da saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün ciddi nəzarət işi aparırlar”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Ekspert bildirib ki, xəbər yayıldıqda ilk öncə mənbə ilə maraqlanmaq lazımdır: “Çünki mötəbər mənbə ilkin mənbə hesab olunur. Eyni zamanda xəbəri kimin yaydığı mühüm əhəmiyyət kəsb edir. Çalışıb, ciddi sayt və qəzetlərin, portalların xəbərlərini izləmək lazımdır. Çünki biz bu məlumatları qanuna söykənərək yazırıq. Xəbər yayıldıqda onun doğruluğunu müəyyən etmək üçün bir neçə mənbədən dəqiqləşdirmək lazımdır”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
560
48
sia.az

10Mənbələr