AZ

“Qərbi Azərbaycandan deportasiya - İmirlidə məskunlaşma” adlı kitabın təqdimatı olub

Bərdə, 11 noyabr, AZƏRTAC

Bərdə rayon Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycandan deportasiya - İmirlidə məskunlaşma” adlı kitabın təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən müəllif, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov bildirib ki, kitab Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan tarixi həqiqətlərinin araşdırılması və təbliği” layihəsi çərçivəsində nəşr edilib. Onun sözlərinə görə, kitabda Qərbi Azərbaycandan deportasiyanın etno-siyasi əsasları, ermənilərin orada kütləvi məskunlaşmasının tarixi mərhələləri, 1948-1953-cü illərdə Dərələyəz mahalının Çivə, Sallı, Qozluca, Göyçə mahalının Mollalı kəndindən deportasiya olunaraq Bərdə rayonunun İmirli kəndində məskunlaşmış əhalinin şəxsi hekayələri və sair məqamlar əksini tapıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) İcmasının rəhbəri, professor Mahirə Nağıqızı Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı yol xəritəsini müəyyənləşdirdiyini və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə insanların öz doğma yurdlarına qayıdacağına inandığını, sözügedən kitabın bu strateji hədəflərə çatılmasına layiqli töhfə olacağını bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoy doğma yurda qayıdışın məhz folklor yaddaşından keçdiyini qeyd edib. Tarixçi alim Leyla Calalova kitabın sonuncu bölməsi olan Qərbi Azərbaycana qayıdışla bağlı hissədə Prezident İlham Əliyevin çıxışlarından olan örnəklərin gənc nəslin tərbiyəsində mühüm rol oynayacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
820
48
azertag.az

10Mənbələr