AZ

Tramp Baydeni ittiham etdi, Napoleon və Hitlerdən danışdı

Donald Tramp İlon Maska müsahibəsində Ukraynada baş verənləri müzakirə edib. 

HİT.az xəbər verir ki, prezidentliyə namizəd tarixdən misal gətirib, Rusiyanın Napoleon və Hitleri məğlub etdiyini bildirib.

Tramp hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinin başlamasının səbəblərindən biri hazırkı ABŞ lideri Co Baydenin Ukraynanın NATO-ya üzv ola biləcəyi ilə bağlı açıqlamalarıdır. Keçmiş prezident bunu Co Baydenin aşağı IQ səviyyəsi ilə əlaqələndirib. 

Trampın sözlərinə görə, Rusiya prezidenti daha ​​güclü mövqedə danışıqlar aparmaq üçün qoşunların Ukrayna sərhədinə köçürülməsinə başlayıb, çünki Vladimir Putin yaxşı danışıq aparır.

Donald Tramp qeyd edib ki, indi Ukrayna tərəfinin münaqişəni davam etdirəcək xalqı yoxdur, onlar gənc və qocaları müharibəyə göndərirlər. "Mən bunu dayandıra bilərdim", deyə Respublikaçılar Partiyasından prezidentliyə namizəd bildirib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
47
hit.az

10Mənbələr