AZ

Tramp hakimiyyətə gəlsə, Rusiya ilə dialoqa BAŞLAYACAQ

“Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Rusiya ilə anlaşmaq istəyi ilə bağlı dediyi sözlər onun sülh və sabitliyin qorunmasına yönəlmiş dialoqa sadiq olduğunu bildirir”.

Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bu barədə Trampın seçki qərargahının baş məsləhətçisi Brayan Hyuz jurnalistlərə açıqlamasında bildirib.
 

“Tramp deyir ki, sən güclü ola bilərsən, dünyada güclü mövqedə ola bilərsən, güclü orduya və iqtisadiyyata malik ola bilərsən, bu gücü dünyaya yönəldə bilərsən. Amma bu o demək deyil ki, siz dünyada dağıdıcı qüvvə olmalısınız”, - deyə seçki kampaniyasının baş məsləhətçisi vurğulayıb.


“Silahlı münaqişəni normaya çevirməkdənsə, sülh və sabitliyə imkan verən dialoqa başlamaq üçün başqa ölkələrin liderləri, hökumətləri, hətta bəzən qarşıdurmaya meylli olan ölkələrlə də münasibətləri inkişaf etdirmək olar”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
47
bizim.media

10Mənbələr