AZ

Tramp Barak Obamanı əxlaqsız adlandırdı: "Mişel də eynilə..."

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ötən ay baş verən sui-qəsd cəhdindən sonra ilk dəfə açıq havada mitinq keçirib.

 

Sfera.az bildirir ki, Şimali Karolinada çıxış edən Tramp gülləkeçirməz şüşə arxasında çıxış edib. O, burada ABŞ-nin 44-cü prezidenti Barak Obamanı günahlandırıb. 

 

Belə ki, o, ötən günlərdə Demokratlar Partiyasının qurultayında Trampın Ağ Evə qayıtmasının ABŞ üçün təhlükə olacağını deyən Obamanı “əxlaqsız” adlandırıb.

 

Tramp həmçinin Bayden və Harrisin Əfqanıstandan çəkilmə qərarını tənqid edib. Onların Ukrayna və Yaxın Şərqdəki son vəziyyətə görə məsuliyyət daşıdığını vurğulayıb.

 

Sabiq Ağ Ev rəhbəri onu dinləməyə gələn kütlədən Barak Obama və Mişel Obamanın çıxışlarını görüb-görmədiklərini soruşub: “O, sizin prezidentinizi təhqir edirdi. Mişel də eynilə... Bilirsiniz, həmişə deyirlər ki,  “zəhmət olmasa siyasətə sadiq qalın, məsələləri şəxsiləşdirməyin”, amma bu insanlar belə etmir, hər şeyi şəxsiləşdirirlər. Belə olduğu halda, hələ də siyasətə sadiq qalmalıyam?”.

 

Trampın çıxışı zamanı mümkün silahlı hücumun qarşısını almaq üçün ərazinin ətrafına konteynerlərin yığıldığı və damlara snayperlərin yerləşdirildiyi də görünüb.
 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
47
sfera.az

10Mənbələr