AZ

Tramp Harrisi 3 raundluq debata çağırdı

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp cari seçki kampaniyası çərçivəsində üç raund debatların keçirilməsinin tərəfdarı olduğunu bildirib.
 

Sfera.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb . Onun sözlərinə görə, o, Demokratlar Partiyasından olan rəqibi ABŞ-nin vitse-prezidenti Kamala Harrisə sentyabrın 4, 10 və 25-də debatlar keçirməyi təklif edir.
 

“Debat çox vacibdir. Sentyabrın 4-ü üçün "Fox News" ilə razılaşdıq. Sentyabrın 10-da "NBC" ilə razılaşdıq. Sentyabrın 25-də "ABC" ilə razılaşdıq”, - deyə Tramp izah edib.
 

O əlavə edib ki, hazırda debatların təşkili üçün yalnız televiziya kanallarının rəhbərlərinin razılığı var, qalan hər şey hələ razılaşdırılmayıb. Tramp Harrisin onun təklifinə hələ cavab vermədiyini qeyd edib.
 

“Razı olacaqlarını bilmirəm, o, hələ bir dəfə də olsun müsahibə verməyib. O, müsahibə verə bilmir. O, sadəcə olaraq bacarıqsızdır”, - ABŞ-nin keçmiş prezidenti vurğulayıb.

İnci
Sfera.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
47
sfera.az

10Mənbələr