AZ

Rusiyanın paytaxtında Litva səfirliyinin binası al qırmızı rəngə boyandı: Baltikyanı ölkə nota verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın paytaxtı Moskvada Litva səfirliyinin binasına qırmızı boya atılıb.
Bu barədə Oxu.Az "Readovka" "Telegram" kanalına və TASS-a istinadən bildirir.
Məlumata görə, naməlum şəxslər səfirliyin giriş qapısında çox sayda qırmızı barmaq izləri və eyni rəngdə də astanasında iki böyük ləkə qoyublar.
Bu hərəkətin Litvanın Ukraynanı dəstəkləməsi ilə bağlı olduğu iddia edilir.
KİV-in bildirdiyinə görə, Litvanın "Blue/Yellow" təşkilatının nümayəndələri, həmçinin Kiyevi lazımi dronlarla təmin ediblər.
Eyni zamanda qeyd olunur ki, bu, Moskvadakı diplomatik nümayəndəliyin qırmızı boya ilə boyanması ilə bağlı ilk hal deyil.
Litva Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Litva Moskvadakı səfirliyə hücumla bağlı Rusiya nümayəndəsinə etiraz notası təqdim edib.
"Səhər tezdən dörd naməlum maskalı şəxs Litvanın Moskvadakı səfirliyinin girişini qırmızı boya ilə boyayıb. Bununla əlaqədar olaraq Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi etiraz notası verilməsi üçün Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə məlumatda bildirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
38
oxu.az

10Mənbələr