AZ

Ukraynada müharibə nə vaxt bitəcək? Həmid Həmidovla "Danışaq?"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tanınmış jurnalist Həmid Həmidov "Danışaq?" proqramının yeni buraxılışında abunəçilərinə növbəti müsahibəni təqdim edib.
Podkastın qonağı Ukraynada yaşayan azərbaycanlı jurnalist Əkbər Həsənov olub.
Söhbət Rusiya ilə Ukrayna arasındakı müharibəyə həsr olunub. Əkbər Həsənov müharibənin ölkənin təhsil sisteminə və humanitar vəziyyətinə necə təsir etdiyi barədə müşahidələrini bölüşüb.
Proqramın qonağı müharibənin ilk günlərində Kiyev və Moskvanın əsas səhvləri üzərində ətraflı dayanıb, ukraynalıların ümumilikdə Rusiyanın şərtləri ilə müharibənin bitməsinə hazır olub-olmadığı, Ukraynanın ərazisinin neçə faizinin Rusiya tərəfindən işğal olunduğu və Qərbin niyə Ukraynaya Rusiyanı tez məğlub etməsi üçün kömək etmədiyi suallarını cavablandırıb.
Müsahib həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin reytinqi barədə danışıb, əslində Ukraynanı kimin idarə etdiyi və hazırkı dövlət başçısından başqa Ukrayna prezidentliyinə əsas namizədin kim olduğu mövzusunda mülahizələr yürüdüb.
Müsahibə zamanı Ukraynanın Polşa, Macarıstan, Rumıniya, Slovakiya, Moldova ilə münasibətləri, Kurskdakı son vəziyyət və ukraynalıların hücumu, həmçinin Ukraynada müharibənin necə və nə vaxt bitəcəyi mövzusuna toxunulub.
Ətraflı videoda:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
38
oxu.az

10Mənbələr