AZ

Ölkə hibrid müharibə vəziyyətindədir - Polşa müdafiə nazirinin müavini

Polşa hibrid müharibə vəziyyətindədir.

"Report"un Polşanın PAP xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik deyib.

Onun sözlərinə görə, Polşanın bu gün üzləşdiyi “de-fakto hibrid müharibəsidir”.

Bunun təsdiqi kimi müdafiə nazirinin müavini Belarusla sərhəddəki vəziyyəti və Polşa ərazisinə uçan Rusiya meteozondlarını göstərib.

O əlavə edib ki, Polşada hər il təxminən beş min haker hücumu qeydə alınır.

Bundan əvvəl Polşa artilleriya sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
4
azpolitika.info

10Mənbələr