AZ

Müharibə olarsa, israillilərin xaricdən necə təxliyə edilməsi barədə plan hazırlandı - TƏFƏRRÜAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Genişmiqyaslı müharibə olarsa, İsrail öz vətəndaşlarını xaricdən SAXAL HHQ-nin təyyarələri ilə təxliyə edə bilər.
Oxu.Az-ın vesty.co.il-ə istinadla verdiyi məlumata görə, İsrailin nəqliyyat naziri Miri Reqev müdafiə naziri Yoav Qalanta müraciət edərək bu barədə sərəncam verməsini xahiş edib.
O, müvafiq məktubu təkcə Qalanta deyil, həm də Baş nazir Benyamin Netanyahu, xarici işlər naziri İsrael Kats və Milli Təhlükəsizlik Şurasının sədri Tsahi Haneqbiyə göndərib.
Nəqliyyat naziri xaricdə qalan vətəndaşların Kipr və Yunanıstan vasitəsilə təxliyə edilməsini təklif edir.
"Hərbi nəqliyyat aviasiyasının "Herkules" təyyarələri İsrail vətəndaşlarını Kipr və Yunanıstandakı böyük hava limanları vasitəsilə təxliyə edə bilər. Biz minlərlə israillinin evə qayıtmasını təmin edəcək həlləri mümkün qədər tez işləyib hazırlamalıyıq", - deyə nəqliyyat naziri məktubda qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
38
oxu.az

10Mənbələr