AZ

“Barsa” ona qiymət kəsdi: Gətirin, aparın

“Barselona” 27 yaşlı hücumameyilli yarımmüdafiəçi Frenki de Yonq üçün 60 milyon avro təklif alacağı təqdirdə ayrılmağa hazırdır.

Publika.az xəbər verir ki, İspaniyanın mətbuatının iddiasına görə, “Mançester Yunayted” niderlandlı futbolçunun xidmətində maraqlıdır, lakin ingilis klubu de Yonqun transferi üçün 30-40 milyon avrodan çox pul ödəməyə hazır deyil.

De Yonq 2019-cu ildən Kataloniya klubunda çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 213 matçda iştirak edib, 17 qol vurub, 21 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Seçilən
21
8
publika.az

9Mənbələr