AZ

"Barselona" "Mançester Yunayted"ə "qiymət oxudu" - MƏBLƏĞ

"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqu bonuslar nəzərə alınmadan, 60 milyon avroya satmağa hazırdır.

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Xəbərə görə,  "Mançester Yunayted" futbolçunun transferində maraqlıdır. Lakin mankunianlılar futbolçunu bu qiymətə almağa hazır deyil. Onları kataloniyalıların tələbləri qane etmir. 

27 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün yarışlarda 30 oyun keçirib və 2 qol vurub. Onun "blauqrana" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Seçilən
22
8
fanat.az

9Mənbələr