AZ

PSJ futbolçusuna 90 milyon avro qiymət qoydu

PSJ 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi Xavi Simons üçün transfer qiyməti müəyyənləşdirib.

Yenisabah.az L`Equipe-ə istinadla xəbər verir ki, Paris təmsilçisi oyunçu üçün 90 milyon avro tələb edəcək. 

Hazırda niderlandlı futbolçu ilə "Bavariya" və "Mançester Yunayted" yaxından maraqlanır. Münxen klubunun Simonsla müqavilə imzalamaq şansının böyük olduğu vurğulanır.

Simons ötən mövsüm icarə əsasında “Leyptsiq”də çıxış edib. O, bütün yarışlarda 43 matça çıxıb, 10 qol vurub, 15 qolun ötürməsini verib. Futbolçunun Fransa klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.


Telegram kanalımız
Seçilən
27
8
yenisabah.az

9Mənbələr