AZ

PSJ Xaviyə qiymət qoyub

PSJ yarımmüdafiəçisi Xavi Simonsa qiymət qoyub.



Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Fransa nəhəngi niderlandlı futbolçunun satışından 90 milyon avro qazanacağını gözləyir.



Simonsa əsas namizədlər “Mançester Yunayted” və “Bayern”dir. Onunla Münhen nəhənginin müqavilə bağlamaq şansı böyükdür.



Xavi ötən mövsümü icarə əsasında “Leyptsiq”də keçirib. O, 43 matçda iştirak edib, 10 qol vurub, 15 məhsuldar ötürmə verib. 21 yaşlı futbolçunun parislilərlə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərPSJ Xavi Simons

Seçilən
30
8
komanda.az

9Mənbələr