ABŞ-ın texnologiya şirkəti olan “Microsoft”un gəliri aprel-iyun dövründə 15% artdığı halda, xalis mənfəəti 10% artıb.

İndex.az xəbər verir ki, şirkətin gəlirləri aprel-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 64,7 milyard dollara çatıb.

Qeyd eədk ki, “Microsoft” ötən ilin aprel-iyun dövründə 56,2 milyard dollar gəlir əldə edib.

Bu müddət ərzində şirkətin gəliri bazar gözləntilərini üstələyib.

“Microsoft”un xalis mənfəəti eyni dövrdə 10% artaraq 22 milyard dollara çatıb.

Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,08 milyard dollar olub.